Sumqayıt Texnologiyalar Parkı - STP

Xidmətlər

Ünvan
H.Z. Tağıyev qəsəbəsi, Sumqayıt,Azərbaycan AZ5022, Baş ofis
09:00 - 18:00
Hazırda açıqdır
Ünvan
«Plastcon Group» Xətai Ray. Babək Pr. Ələddin Quliyev Küçəsi 11/31 Babək Plaza, Distribyutor

METAL KONSTRUSIYASİYA

YÜNGÜL VƏ MÜRƏKKƏB METALKONSTRUKSİYALARIN QURAŞDIRILMASI 

Müəssisədə ferma, zavod, irihəcmli ambarlar kimi sənayə obyektlərinin, həmçinin yaşayış və ofis  binaları,  stadionlar, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin kiçik  qabaritli tikinti konstruksiyalarının və modullarının hazırlanması və quraşdırılması heyata keçirilir. 

İş sahəsi 4032 kvadrat metrdir və ildə  12000 ton həcmində konstruksiyalar hazırlamaq imkanı var. 

 

 

 AVTOMOBİL (ATİZ)   

Sumqayıt Texnologiyalar Parkının MetalKonstruksiya sahəsində göstərdiyi xidmətlərdən biri də Avtomobil Təmiri və İstehsalıdır.  Burada sənayə avtomobillərinin və texnikalarının təmir və istehsalı mümkündür. Hazırda müəssisədə qaldırıcı kran və betonqarışdıran quraşdırılmış maşınlar, müxtəlif həcmli qoşqular və yarımqoşqular istehsal olunur. 

Sumqayıt Texnologiyalar Parkının Avtomobil Təmiri və İstehsalı üzrə geniş məhsul istehsal etmək imkanı var.  Müəssisəmiz hər növ kənd təsərrüfatı və tikinti sənayəsi üçün  avtomobil və digər texnikaların təmirini və istehsalını  reallaşdıra  bilər.

 

 

AĞIR METALKONSTRUKSİYALARIN QURAŞDIRILMASI   

Müəssisəsinin illik 15000 tonluq ağır metalkonstruksiya hazırlamaq  imkanı var.  İstənilən böyüklükdə ferma, zavod, iri həcmli ambarlar kimi sənayə obyektlərinin, həmçinin yaşayış və ofis  binaları,  stadionlar, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin iri qabaritli ağır tikinti konstruksiyalarının hazırlanması və quraşdırılmasınə nəzərdə tutur. 

 

Bundan başqa  iri həcmli kvadrat və slindrik çənlərin hazırlanması, yüksək gərginlikli elektrik xəttləri üçün dirəklər, bayraq dirəkləri, sütunlar, ildırım ötürücüləri və göydələn tipli dayaqların hazırlanması da ağır müetalkonstruksiya xidmətinə aiddir. 

 

ANTIKORROZIYA

QAYNAR SİNKLƏMƏ XİDMƏTİ

Müəssisənin illik istehsal gücü 20000 ton olan Qaynar sinkləmə sexində Almaniyanın “Pilling”, “SCHEFFER”, “Stoeckl”, Avstriyanın “KOERNER”, “SCHEUCH” və Norveçin “C.H.Evensen” firmasının avadanlıqları quraşdırılmışdır.

Sumqayıt Texnologiyalar Parkı Avropa ölkələrinin təcrübəsini tətbiq etməklə ən qabaqcıl və ekoloji cəhətdən təmiz Antikorroziya örtükləri zavodunu istifadə vermişdir. Müəssisənin illik istehsal gücü 20000 ton olan Qaynar sinkləmə sexində Almaniyanın “Pilling”, “SCHEFFER”, “Stoeckl”, Avstriyanın “KOERNER”, “SCHEUCH” və Norveçin “C.H.Evensen” firmasının avadanlıqları quraşdırılmışdır. Burada avtomatik rejimdə ölçüləri 14,5x1,4x2,7 metrə qədər olan metal konstruksiyalar sinklənə bilər. Həmçinin əl rejimində uzunluğu 18 metrə qədər olan konstruksiyaların da sinklənməsi mümkündür.

Metalın ilkin emalı özündə kipləşdirilmiş sahədə yerləşən 9 (doqquz) ədəd texnoloji vannanı, 3 (üç) ədəd traversi eyni vaxtda quruda bilən quruducunu və vannaların yerləşdiyi sahədəki havanın tərkibindəki HCl buxarını (xlorid turşusu buxarını) tutmaq üçün nəzərdə tutulmuş skrubberi birləşdirilir.

Sink örtüyünün keyfiyyətinə nəzarət ГОСТ 9.307-89-a istinad edən sınaq metodları ilə aparılır. Sink vannasının metal tərkibi Stasionar Spektrometr BELEC LAB 3000s qurğusu ilə analiz edilir. Sinklənmiş materialların istismar müddəti 75-100 ildir. Sinklənmiş materiallar etibarlılıq və davamlılıq tələb edən sahələrdə geniş istifadə edilir.

Flüs qatı sinkləmə prosesində katalizator rolunu oynayır. Bu qat həm də qurutma kamerasında və traverslərin sink vannasına daşınması zamanı əmələ gələ biləcək oksidlərin qarşısını alır. Qurutma prosesi 110-120 °C kalorifer vasitəsilə qızdırılmış hava şəraitində aparılır.

Qaynar sinkləmə prosesində metal konstruksiyalar ərinmiş sinklə dolu (~450-452°C) vannaya salınır. Sinklənmiş materiallar EN ISO 1461:2009, ASTM A123 standartlarının tələblərinə cavab verir. Sinkləmə prosesində keyfiyyətli işin təmin edilməsi üçün yüksək keyfiyyətli (99.995%) sinkdən istifadə olunur.

 

QUMLAMA VƏ RƏNGLƏNMƏ

STP-nin Antikorroziya örtükləri zavodunun təmizləmə və boya sexində sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin, təzyiqli və təzyiqsiz çənlərin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sexdə hazırda iki sahə, qumlama (səthin hazırlanması) və rənglənmə fəaliyyətdədir.

Metal məhsullar oksigen ilə təmas etdikcə tədricən oksidləşir. Yağıntı və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir və pas əmələ gəlir. Nəticədə metalın müqaviməti qırılaraq çürüməyə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir məhsul çürüdükcə, bir müddətdən sonra yararsız hala düşür. Bunun qarşısını almaq üçün mütləq materialın oksigen ilə təmasa girməsinə mane olmaq lazımdır. Bunun üçün isə ən sərfəli yol onun boyanmasıdır.Metaldan hazırlanmış bir məhsulu rəngləmədən əvvəl ilk edilməli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas, beton və boya qalıntılarından təmizlənməsidir. Bunun üçün tətbiq ediləcək ən ideal səth təmizlənməsi metodu qumlamadır. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas materialin məhz qumun olmasına görə bu texnoloji proses qumlama adlanır. Qumlama metal səth­lə­rin rənglənməyə hazırlığın əsas mərhələsidir. Məhz bu təmizlənmənin effektiv nəticəsi key­­fiy­yətli rənglənmənin aparılmasına, boyanın səthə daha sərt yapışmasına imkan yaradır və məhsulun uzunömürlüyünü təmin edir. Rənglənmədən öncə bu proses edilməyibsə, metal konstruksiyanın istifadə ömrü uzun olmur. Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə üsuludur.Qumlama prosesində müxtəlif standartlara uyğun aparılır. STP-nin qumlama və rənglənmə sexində çirklər metal üzərində sifarişçinin istəyinə uyğun olaraq SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Qumlama prosesi metal qırıntılarıyla (drob), quru qumla (grit), su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir. Proses zamanı yüksək ixtisaslı mütəxəssislər skafandr və xüsusi uniforma geyinirlər.Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilir. Çünki əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər. Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun seçilir. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar istifadə olunur. Boya tətbiqi təyinatına görə həm fırça, həm də airless boya makinaları ilə tətbiq edilir. STP-nin boya sexində ənənəvi və yeni texnologiyaların tətbiqi ilə materiallar rənglənir. Ölçüsündən asılı olmayaraq istənilən məhsulun rənglənməsi üçün lazım olan bütün avadanlıqlar və texnika mövcuddur.

 

DƏQİQ EMAL

Dəqiq emal sexi Plastik kütlə, rezin, şüşə və müxtəlif əlvan metal məmulatlar üçün hər bir formada tökmə qəlibləri və presqəlibləri, həmçinin istifadə sahəsindən asılı olmayaraq  hər növ kəsmə, əymə və forma vermə ştampları istehsal edə bilir.  Sexdə frezləmə, tornalama və digər dəzgah və alətlərdən istifadə olunur. Sahədə yerləşən dərin deşik açan dəzgahlar qəliblərin , presformaların su kanallarını  Ø10-15 L=750mm qədər ölçülərdə açmaq imkanına malikdir.

  

  • Dişli çarxların emalı

  • Qəliblərin, presformaların və ştampların yığılması

  • Layihələndirmə

  • Detalların dəqiq emalı

  • Mişarların itilənməsi

  • Alkopan aksesuarların hazırlanması